AZ

Elmar Baxşıyev: "Nə vaxta kimi etibar edəcəklərsə, burada olub öz işimizi görəcəyik"

"Oyun gərgin alındı. Düşünürəm ki, 1 xal da bizim üçün xeyirlidi. Turlar keçdikcə özgüvənimizin daha da artacağına inanıram"

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunda "Zirə" ilə 1:1 hesablı bərabərlikdən sonra deyib.

- Omoniya ilə matçdan sonra rəhbəriklə sizin aranızda bir söhbət oldu? Ümumi olaraq avrokuboklardakı çıxışdan razı qaldıqlarını bildirmişdilər...

- Əlbəttə ki, "Omoniya" ilə matçdan sonra bizə təşəkkür etməməlidirlər. Öz iradlarını hər zaman bildirə bilərlər. Bunu normal qarşılamaq lazımdır. Komanda olaraq çox çalışdıq növbəti mərhələ üçün. Amma alınmadı. Bunu da komandanın təcrübəsizliyi ilə əlaqələndirmək olardı. Bizim üzərimizdə minimum vəzifə nə idisə onu yerinə yetirməyə çalışdıq. Bu məğlubiyyətlər düzgün yanaşılanda bizim faydamıza olacaq. Məşqçi işi daimi deyil. Nə vaxta kimi etibar edəcəklərsə, burada olub öz işimizi görəcəyik.

- Həmin məğlubiyyətlərdən sonra komandanı toparlamaq sizə çətin olmadı?

- Təbii ki, məğlubiyyətllər psixioloji baxımdan çətindir. Sevindirici haldır ki, komandam bərkdir. Daha yaxşısını edə bilərik. Bunu bildiyimiz üçün də komanda şəklində iddiamızı ortaya qoyacağıq.

İdman.biz

Seçilən
28
5
idman.biz

7Mənbələr