AZ

Paytaxt sakinlərinin NƏZƏRİNƏ - Sabah bu ərazilərdə qaz olmayacaq

Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı və Nərimanov rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir işləri ilə əlaqədar 20.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. pizza sifarişi

Təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin, Nərimanov rayonu üzrə isə Mayak, A.Heydərov, A.Çernyayevski, P.İ.Çaykovski, İ.Hidayətzadə, M.Nağıyev küçələrinin və H.Əliyev prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Seçilən
61
25
yenisabah.az

10Mənbələr