AZ

Vaşinqton: Ukrayna üçün təhlükəsizlik zəmanətləri Tramp getdikdən sonra da qüvvədə qalacaq

ABŞ-ın sabiq prezidenti Donald Trampın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin onun prezidentlik müddəti başa çatdıqdan sonra da qüvvədə qalmasının vacibliyini başa düşdüyü bildirilib.

Editor.az xəbər verir ki, Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib. O qeyd edib:
«O, bunun vacibliyini anlayır və nə etməyi planlaşdırdığını bilir».

Levittin sözlərinə görə, məhz buna görə də Tramp münaqişənin hər iki tərəfi və Avropa müttəfiqləri ilə aktiv dialoq aparır və danışıqlarda fəal iştirak edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr