AZ

Suares karyerasını Messi ilə eyni vaxtda bitirmək istəyir

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İnter Mayami"nin 38 yaşlı hücumçusu Luis Suares futbolçu karyerasını öz yaşıdı olan hücumçu Lionel Messi ilə eyni vaxtda bitirmək istədiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Touchline" məlumat yayıb.

"Mən Messi ilə karyeramı eyni vaxtda bitirmək istəyirəm. Leo ilə uzun illərdir ki, bunu müzakirə edirik. Bizim belə bir şansımız ola bilər", - uruqvaylı futbolçu bildirib.

Xatırladaq ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Futbolçunun klubla hazırkı iş müqaviləsi 2025-ci ilin sonuna kimidir. Suares isə 2024-cü ilin yanvarında onlara qoşulub. Forvardın müqaviləsi həmçinin 2025-ci ilin sonunda başa çatır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
5
oxu.az

6Mənbələr