AZ

ABŞ Ukraynaya hərbi qüvvə göndərməyəcək – Ləvitt

ABŞ Ukraynaya hərbi qüvvə göndərməyi planlaşdırmır və bunu təhlükəsizlik zəmanəti kimi təqdim etməyəcək.

Editor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın administrasiyasının mətbuat katibi Kərolayn Ləvitt brifinqdə bildirib.

Ləvittin sözlərinə görə, prezident təhlükəsizlik zəmanətlərinin sülhün təmin olunması üçün çox önəmli olduğunu anlayır və milli təhlükəsizlik komandası vasitəsilə Avropa ölkələri ilə koordinasiyanı davam etdirməyi, həmçinin Ukrayna və Rusiya ilə məsələləri müzakirə etməyi tapşırıb.

O əlavə edib ki, ABŞ Avropa ölkələrinin əsgərlərinin Ukrayna ərazisində fəaliyyət göstərməsi üçün maliyyə dəstəyi təmin edə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr