AZ

Dövlət Departamenti Avstraliyaya 97,3 milyon dollarlıq silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Avstraliyaya Javelin tank əleyhinə raket nişangahlarının və müvafiq logistikanın potensial satışını 97,3 milyon dollara təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Açıqlamada qeyd edilir ki, təklif edilən satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, çünki Avstraliya Vaşinqtonun regiondakı ən mühüm müttəfiqlərindən biridir.

Agentliyin fikrincə, ABŞ Avstraliyanın müdafiəsini gücləndirməkdə maraqlıdır.

ABŞ administrasiyası qeyd olunan sistemlərin mümkün satışını təsdiqləmək barədə qərarını artıq Konqresə bildirmişdir. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və bəlkə də onu bloklamaq üçün 30 günü var.

Seçilən
16
ucnoqta.az

1Mənbələr