AZ

Qızı Aysundan ŞOK AÇIQLAMA! – Rəqsanə xərçəng xəstəsi imiş

00:51

Həbsdə olan müğənni Rəqsanə İsmayılova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Milli.Az xəbər verir ki, bu barədə onun qızı, ifaçı Aysun İsmayılova “Instagram” hesabında məlumat verib.

O bildirib ki, anası onkoloji xəstəliklə mübarizə aparır.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

——- 18:31

Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır.

Milli.Az xəbər verir ki, bunu Unikal.az-a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.

“Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm mənə versinlər ki, onları məhkəməyə təqdim edim”.

Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Seçilən
56
17
bizimshow.az

10Mənbələr