Türkiyənin "Fənərbağça" komandası heyətinə yeni futbolçu cəlb edib.
"Ölkə.az" xəbər verir ki, İstanbul təmsilçisi Avstriyanın “Zaltsburq” kollektivindən Nene Dorqelesin keçidini rəsmiləşdirib.
22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
N.Dorqeles Mali millisinin üzvüdür.