"Ferensvaroş"un prezidenti Qabor Kubatov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Budapeştdə keçirilən ilk oyununda uduzduqları "Qarabağ"ı qələbə münasibətilə təbrik edib.
QOL.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabında oyunla bağlı paylaşım edib.
Klub rəhbəri rəhbəri bunları qeyd edib: “Qarabağ”ı təbrik edirəm. Bu gün hər şey onların istədiyi kimi oldu. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferensvaroş!””.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.