Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, irlandiyalı mütəxəssis 1:3 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:


"Rəqib ilk oyundan sonra cütün taleyini həll etdiyini düşünür. Bu, bizim üçün xüsusi motivasiya olacaq. Bakıdakı qarşılaşmada daha yaxşı oynamağa məcburuq. Futbolda hər şey mümkündür. Çətin vəzifənin öhdəsindən gələ bilərik".