“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi “Nyukasl”ın hücumçusu Aleksander İsakın transfer istəyinə görə klubu tərk etmək qərarı və məşqlərdə iştirak etməməsi ilə bağlı fikirlərini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İsakın yanlış yolla getdiyini bildirib:
“Məşqlərdən imtina onun meydana qayıtmasını xeyli çətinləşdirir. Burada problem etimaddadır – o, yanlış yolla gedir.
Ola bilsin, ona düzgün məsləhət verilmir… Onu almağa çalışan klub, məsələn, “Liverpul”, diqqətlə düşünməlidir: həqiqətən istədikləri oyunçu budurmu?
Mən karyeramda klubdan ayrılmağı istəyəndə heç vaxt məşqləri və oyunları boykot etməmişdim.
Bu gün futbolçular hər şeyi klub və azarkeşlər üçün verirlər, amma biz görürük ki, bir oyunçu üç il müqaviləsi və həftədə 100 mindən çox maaşı olmasına baxmayaraq, meydana çıxmaqdan imtina edir. Bu, düzgün deyil”.