AZ

“Əlimdən heç nə gəlmədi - Çox işləməli, əziyyət çəkməliyik”

“Avtoqol futbolda hər zaman ola biləcək bir haldır.

Elə epizod idi ki, əlimdən heç nə gəlmirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ”nun kapitanı Murad Musayevə məxsusdur.

31 yaşlı müdafiəçi “karvan”la Premyer Liqanın açılış matçında müəllifi olduğu avtoqol barədə fikirlərini bölüşüb:

“Top gözləmədiyim anda üzərimə gəldi və mənə dəydi. Sözsüz ki, çox üzüldüm, çünki komanda üçün önəmli an idi.

Amma futbolçunun işi odur ki, səhvlərindən nəticə çıxarsın və daha güclü geri dönsün. Mən də çalışacağam ki, gələcək oyunlarda daha diqqətli olum.

Bizim əsas məqsədimiz hər oyunda maksimumunu vermək, mübarizə aparmaq, mövqeyimizi qorumaq və bizi dəstəkləyən azarkeşləri sevindirməkdir.

Bunun üçün isə çox işləməli, əziyyət çəkməliyik. İnanıram ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq”.

Seçilən
2
sportinfo.az

1Mənbələr