“İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi”.
“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib.
“Onlar bundan istifadə edərdilər”, - Ağ Evin rəhbəri bildirib.
Tramp əlavə edib ki, Amerikanın İranın nüvə obyektlərini bombalaması Tehranın bu cür silahlar hazırlamasına mane olub.
Cari ilin iyunun 22-nə keçən gecə Tramp bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Onun sözlərinə görə, İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə məhv edilib.