ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putin və onun yaxın çevrəsi ilə ümumilikdə təxminən 24-25 saat görüş keçirdiyini bildirib.
APA xəbər verir ki, o, bu açıqlamanı avqustun 19-da “Fox News”a müsahibəsində verib.
Qeyd edək ki, Uitkoff dəfələrlə Rusiyaya uçub və orada Rusiya rəhbərliyi, o cümlədən Vladimir Putin tərəfindən qəbul edilib.
Tərəflər, xüsusilə, Ukrayna böhranını müzakirə ediblər.