Avqustun 19-da Rusiya ordusu Ukrayna ərazisini yenidən PUA atəşinə tutub.
APA xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin “Telegram” kanalında məlumat yayılıb.
Xerson, Nikolayev, Lvov, Odessa, Xarkov, Poltava vilayətlərində, Sumı bölgəsində, raket təhlükəsi barədə məlumat verilib.
Rusiya ordusunun həmçinin “Smerç” reaktiv yaylım atəşi sistemindən istifadə etdiyi bildirilir.
Dağıntılar və insan tələfatı ilə bağlı hələ ki, məlumat verilmir.