ABŞ Prezidenti Donald Tramp Ukrayna danışıqları ilə bağlı olaraq tətilə getməkdən imtina edib.
“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlayıb.
“Adətən bu, prezidentin tətilə getdiyi vaxtdır. Lakin o, bunun əleyhinə qərar verib”, - Livitt bildirib.
O, Trampın Nyu Cersidəki qolf klubunda olarkən sülh danışıqlarını davam etdirməyi düşündüyünü, lakin bunun əvəzinə Ağ Evdə qalmağa qərar verdiyini söylədi.