AZ

Qaraciyərimizi qoruyan 8 qida...

Bəzi qidaların qəbulu qaraciyər fəaliyyətinə müsbət təsir göstərir, qoruyur, hətta orqanın bərpa olunmasına dəstək olur.

Axar.az həmin qidaların siyahını təqdim edir:

1. Sarımsaq

Sarımsaq tərkibindəki allisin sayəsində qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir. Həmçinin antioksidant təsiri ilə qaraciyər hüceyrələrini qoruyur.

2. Limon və Portağal

C vitamini baxımından zəngin olan bu meyvələr qaraciyərin detoks prosesini dəstəkləyir və toksinlərin atılmasını asanlaşdırır.

3. Yaşıl Yarpaqlı Tərəvəzlər

İspanaq, çuğundur kimi yaşıl yarpaqlı tərəvəzlər qaraciyərin fəaliyyətini asanlaşdıran və toksinlərin atılmasına kömək edən xlorofil ehtiva edir.

4. Zeytun yağı

Soyuq sıxım zeytun yağı faydalı maddələrlə olduqca zəngindir. Qaraciyərin piylənməsinin qarşısını almağa kömək edir və hüceyrələrin bərpasını dəstəkləyir.

5. Qoz

Qoz omeqa-3 yağ turşuları və antioksidantlarla zəngindir; qaraciyərin yağ mübadiləsini tənzimləyir və iltihabı azaldır.

6. Yaşıl çay

Yaşıl çayda olan katexinlər qaraciyərin piylənməsinin qarşısını almağa və toksinlərin atılmasına kömək edir.

7. Avokado

Avokado sağlam yağlar və qlutatyona görə qaraciyərin zərərli maddələrdən təmizlənməsinə dəstək olur.

8. Çuğundur

Çuğundur qaraciyərin detoks prosesini sürətləndirən və güclü antioksidant olan betalain maddəsini ehtiva edir.
Seçilən
41
2
sherg.az

3Mənbələr