AZ

İspaniyada istilər nəticəsində 2600-dən çox insan ölüb

Bakı. Trend:

İspaniyada istilər 2600-dən çox insanın həyatına son qoyub.

Trend xəbər verir ki, mayın15-dən avqustun 18-dək ölkədə yüksək temperatur səbəbindən 2635vaxtından əvvəl ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin eynidövrü ilə müqayisədə 40% çoxdur.

Ölüm hadisələrinin təxminən yarısı – 1149 nəfər – avqustun 3-dən18-dək davam edən isti günlərdə baş verib.

Məlumata görə, istilərdən dünyasını dəyişənlərin əksəriyyəti 65yaşdan yuxarı şəxslərdir. Ölənlərdən 1579 nəfəri qadın, 1056 nəfəriisə kişidir.

Seçilən
63
4
az.trend.az

5Mənbələr