AZ

İmmuniteti payıza necə hazırlamalı?

Çoxları düşünür ki, yayda bol meyvə və tərəvəz yeməklə bütün il üçün vitamin ehtiyatı toplamaq mümkündür.

E-saglam.az-ın məlumatına görə, amma ümumi praktikant Marina Meleşina Life.ru-ya müsahibəsində bunun mif olduğunu deyib. O, yalnız bəzi vitaminlərin orqanizmdə yığıldığını, digərlərinin isə daim yenilənməyə ehtiyac duyduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, A vitamini (beta-karoten) üç-beş ay bədəndə qala bilir. Onun ehtiyatını artırmaq üçün qırmızı və narıncı tərəvəzlər yemək məsləhətdir. B9 vitamini (folatlar) isə təxminən iki ay saxlanılır və yaşıl tərəvəzlər, salatlar bu baxımdan faydalıdır.

C vitamini isə orqanizmdə yığılmır, artıq hissəsi xaric olunur. Eləcə də suda həll olunan B vitaminləri mütəmadi doldurulmalıdır. Yağda həll olunan vitaminlər (A, D, E, K) müəyyən müddət bədəndə qala bilir.

Həkim bildirib ki, yayda mövsümi nemətlərdən maksimum istifadə etmək vacibdir, amma bunun bütün il üçün kifayət edəcəyini düşünmək olmaz. O, həmçinin payıza hazırlaşmaq üçün balanslı qidalanma, daha çox balıq, yumurta və probiotiklər qəbul etməyi, bol su içməyi və gündə azı səkkiz saat yatmağı tövsiyə edib. Payızda günlər qısaldığı üçün bir saat tez yatmaq da faydalı sayılır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
8
e-saglam.az

1Mənbələr