Bakı. Trend:
Böyük Britaniyada minlərlə fəal amerikalı milyarder İlon MaskınBöyük Britaniyanın enerji bazarına daxil olmaq niyyətinə qarşıkampaniya başladıb.
Trend “Telegraph”aistinadla xəbər verir ki, onlar ölkənin enerji tənzimləyicisi“Ofgem”i İlon Maskın planlarını bloklamağa çağırıblar.
“Best for Britain” adlı kampaniya qrupu artıq 8 mindən çoxetiraz məktubu toplayıb. Məktublarda Maskın enerji üzərindənəzarətini artırmasına imkan verilməməsi tələb olunur. Etirazlar“Tesla” şirkətinin yaxın aylarda Böyük Britaniyada öz elektriktəchizatçısını istifadəyə vermək planlarına cavab olaraq ortayaçıxıb. Bu, “Octopus Energy” və “British Gas” kimi mövcud enerjişirkətləri ilə rəqabət yaradacaq.
“Tesla”nın Britaniya evlərinə elektrik satmaq planları ilk dəfəbu ayın əvvəlində dərc olunmuşdu. Məlumata görə, ABŞ-ın elektrikliavtomobil istehsalçısı “Ofgem”ə elektrik təchizatı lisenziyası üçünmüraciət edib.