AZ

İsveçrə Putinə toxunulmazlıq vəd edir: Sülh danışıqları üçün gələrsə...

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin Ukraynada sülh danışıqları üçün ölkəyə gələrsə, İsveçrə hökuməti ona  toxunulmazlıq verməyə hazırdır.

"Ölkə.az" xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis deyib.

Qeyd olunur ki, Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində order verdiyi üçün İsveçrə Putini həbs etməyə borcludur.

Buna baxmayaraq, Kassis qeyd edib ki, müəyyən şərtlər daxilində Rusiya prezidentinin İsveçrəyə daxil olmasına icazə veriləcək: "Ötən il İsveçrə hökuməti beynəlxalq həbs qərarı verilmiş şəxsə toxunulmazlığın verilməsi qaydalarını müəyyən edib. Əgər bir nəfər şəxsi səbəblər deyil, sülh konfransına gələrsə, o, həbs edilməyə bilər".

Kassis əlavə edib ki, İsveçrə Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirməyə tam hazırdır. O, belə tədbirlərin keçirilməsində ölkəsinin çoxillik təcrübəsini vurğulayıb.

Buna baxmayaraq, Kassis qeyd edib ki, Rusiya Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Avropa İttifaqı ölkələrinin tətbiq etdiyi sanksiyalara qoşulmağa qərar verən İsveçrəyə qarşı “soyuqlaşıb”:

“Mənə dedilər ki, İsveçrə Avropa sanksiyalarını qəbul etdikdən sonra onlar təbii ki, İsveçrədə bunu etmək istəyini bir qədər itiriblər”.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
olke.az

2Mənbələr