AZ

Mask siyasi partiya yaratmaq fikrindən daşınıb

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Amerikalı milyarder İlon Mask yeni siyasi partiyanın yaradılmasını dayandırıb. O, Respublikaçılar Partiyasının səslərini parçalamaq istəmir.Reyting.az “The Wall Street Journal”-a istinadla bildirir ki, sahibkarın qərarında əsas amillərdən biri onun vitse-prezident J.D.Venslə yaxşı münasibətlər saxlamaq istəyidir. Qeyd olunur ki, Mask 2028-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək qərarına gələrsə, Vensi dəstəkləmək üçün maliyyə resurslarından istifadə etmək imkanını nəzərdən keçirir.Bununla belə, Maskın müttəfiqləri onun yeni partiya yaratmaq ideyasından rəsmən imtina etmədiyini iddia edirlər. Bildirilir ki, aralıq seçkilər yaxınlaşdıqca milyarder fikrini dəyişə bilər.Xatırladaq ki, iyul ayında İ. Mask "Amerika Partiyası" adlı siyasi qurum yaratmaq istədiyini bəyan etmişdi.ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
1
reyting.az

2Mənbələr