"Fakel"in bu ilin əvvəlində 150 min dollara "Şamaxı"dan transter etdiyi Belajdi Pusi Rusiyada diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu hazırda I Liqada 3 qolla bombardirlər siyahısında yer alıb.
Albaniyalı forvard son olaraq, avqustun 17-də "Çernomorets"lə səfər matçında qələbə topunu vurub - 1:0.
Hazırda o, yalnız David Karayev (KAMAZ) və Amur Kalmıkovdan ("Arsenal") 1 top geri qalır.
"Fakel" isə 5 oyundan 15 xalla liderdir.
Belaydi Pusi fevralda Voronej təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.
Həmin vaxt "Fakel" Rusiya Premyer Liqasında qalmaq uğrunda mübarizədə istəyinə nail ola bilməyib və sonuncu yeri tutaraq, I Liqaya enib.