"Ayntraxt"ın qapıçısı Kevin Trapp "Paris" klubu ilə müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı almanla müqavilə 3 illikdir. Qapıçı əvvəllər Fransada PSJ-də çıxış edib.
2024/25 mövsümündə Trapp bütün yarışlarda 36 matçda iştirak edib, 46 qol buraxıb və 10 oyunda qapısını təmiz saxlayıb.