Bir neçə gündən sonra göydə apokaliptik proqnozlarla əlaqələndirilən “Qara Ay” müşahidə olunacaq.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Astronomik hadisə sayılan “qara ay” bir təqvim ayı ərzində ikinci dəfə yeni ayın doğması ilə baş verir. Yeni ay zamanı Ay Yer və Günəşin arasında olur. Buna görə də Yerə baxan tərəfi kölgədə qalır və çılpaq gözlə görünmür.
Proqnozlara inananlar Bibliyadakı parçaları, xüsusən də Markın İncilindəki “Günəş tutulacaq, Ay işığını verməyəcək” xəbərdarlığını xatırladırlar. Alimlər isə narahatlığa heç bir əsas olmadığını bildirirlər.
ABŞ-ın Sirakuz Universitetinin Fizika kafedrasının dosenti Uolter Frimanın sözlərinə görə, əgər ayın əvvəlində novlun (yeni ay) baş verirsə, növbətisi həmin ay bitməmiş də baş verə bilər. Astronomiya baxımından isə bu cür novlun digər novlunlardan heç nə ilə fərqlənmir.