AZ

Elan Rikardo “Beşiktaş”ı tərk etdi - Braziliya klubuna görə

Türkiyənin “Beşiktaş” klubunun mərkəz yarımmüdafiəçisi Elan Rikardo bundan sonra “Atletiko Paranaense” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.

“Atletiko Paranaense” 21 yaşlı kolumbiyalı yarımmüdafiəçinin icarə müqaviləsi əsasında heyətinə qatıb. İcarə müqaviləsinin müddəti 1 illikdir. Cənubi Amerika təmsilçisi mövsümün sonunda onu birdəfəlik almaq hüququna malikdir.

Xatırladaq ki, Elan Rikardo Kolumbiyanın “La Ekvidad” klubunun yetirməsidir. İstanbul təmsilçisi onu bu ilin fevralında 1,94 milyon avro müqabilində heyətinə qatmışdı. 21 yaşlı futbolçunun “Beşiktaş”la 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Rikardo “qara qartallar”ın əsas komandasında debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
116
arena.az

1Mənbələr