Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Hacıyevanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, Sevinc Hacıyeva tanışı, zərərçəkmiş Anar Maqsudova (soyadı şərtidir) özünü dövlət qrumlarında geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək buna inandırıb. O, zərərçəkmişin qızına sürücülük vəsiqəsi alacağına və Abşeron rayonu, Xırdalan şəhərində olan orta məktəblərdən birinə Təsviri incəsənət müəllimi qəbul etdirəcəyinə dair yalandan vəd verib. Sevinc Hacıyeva bu yolla Anar Maqsudovdan 2023-cü ilin dekabr ayında ümumilikdə 9000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Kamal Məmmədov