AZ

Hərbi Prokurorluqda yenilik

Prokurorluq orqanlarının fəaliyyətində operativliyin təmin edilməsi, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülür.

Bu cür tədbirlərin davamı kimi Baş prokurorun tapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü və rəhbərliyi ilə Hərbi Prokurorluqda həyata keçirilən köklü və intensiv islahatlar çərçivəsində daha bir yenilik tətbiq edilib.

Modern.az xəbər verir ki, Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə və ona şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, hərbi qulluqçular və onların ailə üzvləri ilə Hərbi Prokurorluq arasındakı etimadın möhkəmləndirilməsi, cinayətkarlığa və digər qanun pozuntularına qarşı tədbirlərin çevikliyini, vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini, eləcə də müraciət imkanının asanlaşdırılmasını, bir sözlə, istənilən neqativ halın və ağır nəticənin vaxtında qarşısının alınmasını təmin etmək məqsədi ilə “962” Etimad xətti yaradılıb.

Qeyd olunmalıdır ki, aşkarlığın, əlçatanlığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək xəttə müraciətlərin qeydə alınması və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.

Seçilən
0
41
modern.az

10Mənbələr