AZ

Sevgilisinin xalası qızına qarşı əxlaqsızlıq edən gəncə HÖKM OXUNDU

Abşeron Rayon Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Zamiq Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Editor.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Quliyev bir il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2007-ci il təvəllüdlü Zamiq Quliyev 2024-cü il avqustun sonunda tanışı, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S.-nin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə gedib. O, evdə heç kimin olmamasından istifadə edərək, qarşılıqlı razılıq əsasında qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Məhkəmə iclasında Zamiq Quliyev ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, S.S. 2024-cü ilin yay aylarında Abşeron rayonu ərazisində yerləşən parkların birində tanış olduğu M.M.-in xalası qızıdır. Onu zərərçəkmişlə sevgilisi olan M.M. tanış edib. Sonradan Zamiq tez-tez S.S.-nin evinə gedib. Lakin o, ifadəsində S.S.-yə qarşı seksual xarakterli hərəkətlər etmədiyini vurğulayıb.

Seçilən
20
4
editor.az

5Mənbələr