Avqustun 18-də Ağ Evdə Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla görüşündə vəziyyət diplomatik qalmaqala maksimum yaxınlaşıb.
Ulusal.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, insident Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti ilə Ukrayna lideri arasında görüş təşkil etmək üçün atəşkəsə ehtiyac olduğunu bildirən zaman baş verib.
Nəşr qeyd edir ki, Merts Trampa heç olmasa Vladimir Putin və Vladimir Zelenski arasında mümkün danışıqlar müddətində atəşkəsə nail olmağın zəruriliyində təkid edib. Sammitin açıq hissəsində Almaniya kansleri bildirib ki, iclasın bütün iştirakçıları danışıqların növbəti raunduna qədər atəşkəsə nail olmaq istəyirlər.
Lakin Tramp Alyaskada Putinlə görüşdən sonra hərbi əməliyyatlara son qoyulmadan sülh razılaşmalarının əldə oluna biləcəyini deyərək fərqli mövqe tutub. ABŞ prezidenti atəşkəsin münaqişənin hər iki tərəfi üçün strateji baxımdan əlverişsiz ola biləcəyi fikrini ifadə edib.