AZ

Tramp: “İran dörd həftəyə nüvə silahı əldə edə bilərdi”

Ulusal.az xəbər verir ki, ABŞ  prezidenti Donald Tramp bəyan edib ki, əgər ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməsəydi, Tehran cəmi dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi.

Tramp bu fikrini amerikalı jurnalist Mark Levinə verdiyi müsahibə zamanı səsləndirib. O, iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələri şərh edərkən bildirib: “Yeri gəlmişkən, düşünürəm ki, onlar dörd həftə ərzində nüvə silahı əldə edəcəkdilər”, – deyə Tramp vurğulayıb.

Prezident əlavə edib ki, İran bu silahdan istifadə etməyə də hazır idi: “Və onlar bundan istifadə edərdilər”, – deyə o, Tehrandakı səlahiyyətlilərin nüvə silahı əldə etmə ehtimalına işarə edib.

Tramp həmçinin özünü və İsrailin baş naziri Benyamin Netanyahunu “müharibə qəhrəmanları” adlandırıb: “Netanyahu müharibə qəhrəmanıdır, çünki biz birlikdə işləyirik. Deyəsən, mən də beləyəm. Heç kimin vecinə deyil, amma mən də varam. Yəni, o təyyarələri İranın nüvə obyektlərini bombalamaq üçün göndərmişəm”, – deyə Tramp bildirib.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın Fordo, İsfahan və Natanz şəhərlərində yerləşən üç nüvə obyektinə hava zərbələri endirib. Əməliyyatda B-2 Spirit strateji bombardmançıları və bunker buster tipli bombalardan istifadə olunub. Donald Tramp əməliyyatdan sonra obyektlərə ciddi ziyan dəydiyini açıqlayıb.

Seçilən
5
1
moderator.az

2Mənbələr