AZ

Hərbi Prokurorluqda Etimad xətti yaradılıb

Bakı.Trend:

Hərbi Prokurorluqda “962” nömrəli Etimad xətti yaradılıb.

Trend xəbərverir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Prokurorluq orqanlarının fəaliyyətindəoperativliyin təmin edilməsi, vətəndaşların məmnunluq səviyyəsininyüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülür:

"Həyata keçirilən tədbirlərin davamı kimi Baş prokuroruntapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü vərəhbərliyi ilə Hərbi Prokurorluqda həyata keçirilən köklü vəintensiv islahatlar çərçivəsində, Silahlı Qüvvələrdə korrupsiyayaqarşı mübarizə və ona şərait yaradan halların aradan qaldırılması,şəffaflığın artırılması, hərbi qulluqçular və onların ailə üzvləriilə Hərbi Prokurorluq arasındakı etimadın möhkəmləndirilməsi,cinayətkarlığa və digər qanun pozuntularına qarşı tədbirlərinçevikliyini, vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini,eləcə də müraciət imkanının asanlaşdırılmasını, bir sözlə,istənilən neqativ halın və ağır nəticənin vaxtında qarşısınınalınmasını təmin etmək məqsədi ilə "962" Etimad xəttiyaradılıb".

"Vurğulanmalıdır ki, aşkarlığın, əlçatanlığın və operativliyintəmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiyatexnologiyalarından istifadə edilməklə səs yazılarının qeydəalınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Xəttəmüraciətlərin qeydə alınması və cavablandırılması respublikanınistənilən regionundan stasionar telefonlar, eləcə də mobiloperatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək", - məlumatdadeyilir.

Məqalədə:
Seçilən
24
41
az.trend.az

10Mənbələr