Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi 20 ədəd tam elektrikli avtobus almağı planlaşdırır.
AzNews.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, agentlik bununla bağlı açıq tender elan edib.
Tenderdə iştirak haqqı 1 000 manatdır.
İddiaçılar təkliflərini sentyabrın 16-na qədər quruma təqdim edə bilərlər. Təkliflərə sentyabrın 19-da, saat 20:00-da agentlikdə baxılacaq.