AZ

Goranboyda itkin düşən 11-ci sinif şagirdi tapılıb - YENİLƏNİB

Goranboyda itkin düşən məktəbli tapılıb.

APA-nın yerli bürosuna bu barədə itkin düşmüş İsayev Ümid Azad oğlunun yaxınları məlumat verib.

Bildirilib ki, məktəbli Bakı şəhərindən tapılıb. Hazırda o, ailəsinin yanındadır.

Qeyd edək ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən gedib və bir daha geri qayıtmayıb. Elə həmin gün faktla bağlı polisə məlumat verilib.

***

19.08.2025, 12:53

Goranboyda məktəbli itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Yaxınlarının bildirdiyinə görə, Ü.İsayev evdən çıxanda başında kepka, gözündə eynək olub.

Faktla bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə təhvil verilməsi istiqamətində Goranboy RPŞ-də tədbirlər həyata keçirilir.

Seçilən
27
6
apa.az

10Mənbələr