AZ

Universitetlərə ixtisas seçimi başa çatıb, 86 mindən çox abituriyent ərizəsini təsdiq edib

Bakalavriat səviyyəsi üzrə 86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.

“Report” xəbər verir ki, onlardan 23 min 919-u I qrup üzrə, 19 min 41-i II qrup üzrə, 24 min 414-ü III qrup üzrə, 6 966-sı IV qrup üzrə, 16 min 517-si isə V qrup üzrə seçim edib.

Həmçinin I qrupda 22 min 209 nəfər Azərbaycan bölməsi, 1710 nəfər rus bölməsi, II qrupda 17 min 682-si Azərbaycan bölməsi, 1 359-u rus bölməsi, III qrupda 22 min 130-u Azərbaycan bölməsi, 2 284-ü rus bölməsi, IV qrupda 6 min 319-u Azərbaycan bölməsi, 647-si rus bölməsi, V qrupda isə 14 min 350-si Azərbaycan bölməsi, 2 167-si isə rus bölməsi üzrə ixtisas seçimi edib.

Seçilən
30
36
editor.az

10Mənbələr