AZ

Balıq tutan şəxs bədbəxt hadisə nəticəsində öldü

Qobustanda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
unikal.az

1Mənbələr