AZ

Tramp, Putin və Zelenski gözlənilməz yerdə görüşə bilər

Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putin ikitərəfli görüş keçirdikdən sonra amerikalı həmkarları – Donald Trampla Macarıstanın paytaxtı Budapeştdə bir araya gələ bilərlər.

Aktual.az xəbər verir ki, bu barədə "Politiko” öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, adı açıqlanmayan mənbə ABŞ Məxfi Xidmətinin Macarıstanda keçiriləcək sammitə hazırlaşdığını iddia edir.

Eyni zamanda, nəşrin həmsöhbətləri qeyd ediblər ki, Məxfi Xidmət tez-tez belə görüşlər üçün müxtəlif potensial yerləri yoxlayır, ona görə də sammitin yeri hələ də dəyişə bilər. Bununla belə, Budapeşt Ağ Ev üçün ilk seçimdir.

Seçilən
29
1
ulusum.az

2Mənbələr