AZ

Xameneyinin müşaviri  Putini təhqir eddi:” Minsifətli adam”

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayətinin avqustun 17-də atdığı tvit geniş müzakirələrə səbəb olub.

Həmin tvitdə o, “Alyaska”, “Ukrayna”, “Qafqaz” və “Mərd-e-Hezar-Çehre” həştəqlərindən istifadə edib.
Sonuncu söz farscadan tərcümədə “Minsifətli adam” mənasını verir.

“Güclü və qədim İran xalqının qürurlu tarixi göstərir ki, bu insanlar öz milli təhlükəsizlikləri ilə bağlı sövdələşməyə heç vaxt icazə verməyəcək” yazan Vilayətinin son həştəqdə kimi nəzərdə tutduğuna dair mübahisələr başlayıb.

Xameneyinin müşavirin “X” sosial şəbəkəsində vurğuladığı səciyyənin Vladimir Putinə aid olduğuna dair rəylər üstünlük təşkil edir.
Bir çoxları Rusiya prezidentinin sammitdən sonra Donald Tramla birgə mətbuat konfransında jurnalistlər qarşısında göstərdiyi mimikalara istinad edərək Əliəkbər Vilayətinin məhz Putini “Minsifətli adam” adlandırdığını düşünür.

Seçilən
6
2
veteninfo.az

7Mənbələr