Fransa prezidenti Emmanuel Makron bildirib ki, qarşıdakı iki həftə Vaşinqtonda sülh danışıqlarından sonra Ukraynanın təhlükəsizlik zəmanətlərinin razılaşdırılması üçün həlledici olacaq...
Poliqon xəbər verir ki, Fransa lideri bunu LCI telekanalına müsahibəsində deyib.
"Növbəti 15 gün amerikalılarla işi başa çatdırmaq və bu təhlükəsizlik zəmanətlərinə məzmun vermək üçün bizim üçün tamamilə vacibdir", deyə Makron bildirib.
O vurğulayıb ki, Ağ Evdə keçirilən görüşlərdən və Donald Trampla Vladimir Putinin Alyaskadakı danışıqlarından sonra müttəfiqlər yeni təhlükəsizlik formatları üzərində işləməyə hazırdırlar.
"Son günlərdə baş verən böyük dəyişiklik odur ki, Tramp Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsinin zəruriliyini dərk edib", deyə Fransa prezidenti qeyd eidb.
Makronun sözlərinə görə, tərəfdaş ölkələr, o cümlədən Fransa, Böyük Britaniya, Almaniya və Türkiyə "havada, dənizdə və quruda sakitləşdirici əməliyyatlara" hazırdır, lakin cəbhə xəttində yox.
Eyni zamanda o, tələskənliyə və Kremlin mövqeyi ilə bağlı illüziyalara qarşı xəbərdarlıq edib. Makron vurğulayıb ki, gələcək saziş Ukraynanın ərazi bütövlüyünü bərpa etməsini və yeni təcavüzün qarşısını almasını təmin etməlidir.
Fransa lideri həmçinin Cenevrənin beynəlxalq danışıqlar üçün tarixən neytral yer olaraq Zelenski, Putin və Tramp arasında üçtərəfli görüş üçün potensial məkan ola biləcəyini təklif edib.
Poliqon.info