Gəncədə yeniyetmənin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.
News24.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yeniyetmələr 10-15 manat pul borcuna görə dava ediblər. Dəmiryolu vağzalında tərəflər arasında başlayan dava digərinin ölümü ilə bitib.
Hazırda istintaq tədbirləri davam etdirilir.