AZ

Goranboyda itkin düşən məktəbli tapıldı

Goranboyda itkin düşən məktəbli tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Ü.İsayevin yeri Bakı şəhərində müəyyən olunaraq Goranboy rayonuna gətirilib və ailəsinə təhvil verilib.

Məlumata görə, məktəbli Bakıya dostu ilə gedibmiş.

Xatırladaq ki, rayonun Səfikürd kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu 18.08.2025-ci il tarixdə evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.(unikal)

Seçilən
58
3
avtosfer.az

7Mənbələr