AZ

Samir Məmmədov: Bu il 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilib

Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib.

APA-Economics” xəbər verir ki, bunu İnnostart layihəsinin yekun tədbirində rəəqmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O qeyd edib ki, sözügedən layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri olub:

“Yüksəksürətli internetin yayılması Azərbaycanda texnoparkların fəaliyyət imkanlarını texniki cəhətdən genişləndirib. Belə ki, 2025-ci ilin yanvar–avqust ayları ərzində 2-si xarici olmaqla, ümumilikdə 26 hüquqi şəxsə texnopark rezidentliyi statusu verilmişdir. Bundan əlavə, 2023-cü ildə “Texnologiyalar Parkı haqqında nümunəvi Əsasnamə”yə edilmiş dəyişikliklərdən sonra 8-i xarici olmaqla, ümumilikdə 144 hüquqi şəxsə texnoparkdan kənar fəaliyyət üçün rezidentlik statusu təqdim olunub”.

“Texnoparkdan kənar fəaliyyət göstərmək üçün rezidentlik əldə etmiş hüquqi şəxslərin bizneslərinin inkişafına dəstək vermək məqsədilə onlardan müvafiq statistik məlumatlar toplanmış və həmin məlumatlara əsaslanaraq dəstək mexanizminin növbəti mərhələləri planlaşdırılıb. Bu çərçivədə sözügedən şirkətlərin böyüməsinə və ixrac potensialının artırılmasına töhfə verəcək layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə S.Məmmədov əlavə edib.

Seçilən
44
2
apa.az

4Mənbələr