AZ

MİQ üzrə 1000-ə yaxın vakant yer birləşdirilib

MİQ üzrə müsabiqənin müsahibə mərhələsində 4 minə yaxın namizədin iştirak etməsi nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müsabiqənin digər mərhələsi 22 avqustda həyata keçiriləcək:

"Bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Bunun məqsədi müəllimlər üçün daha yüksək məvacibin verilməsidir".

N. İsmayılbəyli qeyd edib ki, birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır, bu vakant yerləri müxtəlif regionları əhatə edəcək.

Seçilən
11
22
azedu.az

10Mənbələr