AZ

Minlərlə abituriyent ali təhsildən kənarda qalacaq - Acı reallıq » AzadMedia.az



🔹I ixtisas qrupu RK alt qrupu üzrə 12955 plan yeri uğrunda 11819, Rİ alt qrupunda isə 7430 plan yeri uğrunda 6848 abituriyent mübarizə aparır.
Ümumilikdə 20385 plan yerinə qarşı 23918 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 3533 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

🔸II ixtisas qrupu üzrə 14935 plan yeri uğrunda 12702 abituriyent mübarizə aparır.
19039 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, II ixtisas qrupu üzrə faktiki olaraq 4104 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

🔹 III ixtisas qrupu DT alt qrupu üzrə 13558 plan yeri uğrunda 24087, TC alt qrupunda isə 2025 plan yeri uğrunda 7620 abituriyent mübarizə aparır.
Ümumilikdə 15583 plan yerinə qarşı 24414 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, III ixtisas qrupu üzrə faktiki olaraq 8831 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

🔸IV ixtisas qrupu üzrə 4732 plan yeri uğrunda 5420 abituriyent mübarizə aparır.
6966 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, IV ixtisas qrupu üzrə faktiki olaraq 2234 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

🔹V ixtisas qrupu üzrə 4704 plan yeri uğrunda 16502-dən çox abituriyent mübarizə aparır.
16517 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, V ixtisas qrupu üzrə faktiki olaraq 11813 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi
Seçilən
17
5
azadmedia.az

6Mənbələr