AZ

“Qarabağ”ı lider edən statistikalar

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” təsnifatda ən çox qol vuran kollektivdir. Qurban Qurbanovun yetirmələri 5 matçda 13 qol vurub. 2-3-cü sırada isə 11 qolla “Srvena Zvezda” (Serbiya) və “Malmö” (İsveç) yer alıb.

“Qarabağ” eyni zamanda təsnifat mərhələlərində ən çox topa sahib olan komandadır. “Atlılar”ın orta göstəricisi 62 faizdir. İkinci sıradakı “Srvena Zvezda”da bu rəqəm 54-dür.

“Qarabağ” həm də topazanmada birincidir. Azərbaycan təmsilçisinin oyunçuları 5 matçda 42 dəfə rəqibdən topu alıblar.

“Qarabağ” pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”u məğlub edib – 3:1. Cavab oyunu avqustun 27-də Bakıda olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
futbolpress.az

1Mənbələr