AZ

Balıqçılar torpaq uçqununa düşdü - Ölən var

Abşeronda balıq tutan şəxslər torpaq uçqununa düşüblər.

News365.az-ın məlumatına görə, hadisə Qobustan kəndində baş verib.

Kənd sakini çayda balıq tutarkən dərəlik ərazidən qopan torpaq qat 38 yaşlı Rəşad Əhmədovun üstünə düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə vaxtı onunla birlikdə olan digər balıqçı Niyaməddin Osmanov isə xəsarət alıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
30
1
news365.az

2Mənbələr