AZ

Qobustanda balıq tutan şəxslərin üzərinə torpaq qatı uçub, bir nəfər ölüb

Qobustanda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"Report"

Seçilən
19
15
ikisahil.az

10Mənbələr