AZ

Hərbi Prokurorluqda “962” Etimad xətti yaradılıb  

Prokurorluq orqanlarının fəaliyyətində operativliyin təmin edilməsi və vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülməkdədir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən tədbirlərin davamı kimi Baş prokurorun tapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü və rəhbərliyi ilə Hərbi Prokurorluqda aparılan köklü və intensiv islahatlar çərçivəsində "962" Etimad xətti yaradılıb.

Məqsəd Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə və ona şərait yaradan halların aradan qaldırılmasını, şəffaflığın artırılmasını, hərbi qulluqçular və onların ailə üzvləri ilə Hərbi Prokurorluq arasındakı etimadın möhkəmləndirilməsini, cinayətkarlığa və digər qanun pozuntularına qarşı tədbirlərin çevikliyini, vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini, eləcə də müraciət imkanının asanlaşdırılmasını, bir sözlə, istənilən neqativ halın və ağır nəticənin vaxtında qarşısının alınmasını təmin etməkdir.

Bildirilib ki, aşkarlığın, əlçatanlığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazıları qeydə alınacaq və xətt fasiləsiz fəaliyyət göstərəcək Müraciətlərin qeydə alınması və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.

Seçilən
59
41
azerbaijan-news.az

10Mənbələr