AZ

“YAŞAT” Fondu dəstək tədbirlərinidavam etdirir

Qəhrəmanımız, 2020-ci ilin sentyabr ayında Vətən müharibəsinə qatılan Xəyal Məmmədov Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. O, oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Xəyal Məmmədov sağlığında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 və 100 illiyi yubiley medalları, ölümündən sonra isə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 

Şəhidimizin ailəsinə “YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə mütəmadi dəstək göstərilir.

Xatırladaq ki, Xəyal Məmmədovun atası Ağabəy Məmmədov da haqq dünyasına qovuşub. Həm şəhidimizə, həm də atasına Allahdan rəhmət, ailə üzvlərinə və yaxınlarına səbir diləyirik.

Seçilən
53
7
redaktor.az

8Mənbələr