AZ

Azərbaycan Premyer Liqasında son 10 ilin ilki yaşanıb

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün startı heç-heçələrlə zəngin olub.
 
Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, I turun baş tutan 5 oyununda üçü sülhlə nəticələnib.
 
“Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb.
 
Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.
 
Sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.
 
Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.
 
Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/21 mövsümündə bu rəqəm 2,00 olub.
 
Qeyd edək ki, I turun bir matçı təxirə salınıb.
Seçilən
47
20
moderator.az

10Mənbələr